Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Nigeriyada silahlıların girov götürdüyü 100 məktəbli qız azad olundu

08.12.2025 15:48 693
Nigeriyada silahlıların girov götürdüyü 100 məktəbli qız azad olundu
Noyabrın sonunda Nigeriyada Müqəddəs Məryəm katolik internat məktəbində silahlıların girov götürdükləri şagirdlərin 100 nəfəri azad olunub.

Məlumatı AFP BMT-dəki mənbələrə istinadən yayıb.

Məktəbli qızlar bu gün Niger ştatının hakimiyyət orqanlarına təhvil veriləcək. Onların azad olunmasının təfərrüatı barədə məlumat verilmir. Təhsil müəssisəsinə nəzarət edən Kontaqor yeparxiyasından isə məsələ ilə bağlı heç bir rəsmi məlumat almadıqlarını bildiriblər.

Xatırladaq ki, noyabrın 22-də Nigeriyanın Xristian assosiasiyası Niger ştatının Papiri yaşayış məntəqəsində yerləşən Müqəddəs Məryəm katolik internat məktəbinin 303 şagirdinin və 12 müəlliməsinin girov götürüldüyünü bildirib. Sonradan əlli nəfərin girovluqdan qaça bildiyi barədə xəbər yayılıb. Qalan girovların taleyi ilə bağlı məlumat yoxdur.

Bu, Nigeriyada silahlı dəstələrin kənd məktəblərində şagirdləri qazanc məqsədilə girov götürmələri ilə bağlı ilk hadisə deyil.скачать dle 11.3
Mojo.az Banner