Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlandı

22.11.2025 22:50 783
Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlandı
Əhalisinin sayına görə Afrikanın ən böyük ölkəsi sayılan Nigeriyada bir katolik məktəbindən 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb. Bu hadisə ölkədə bir həftə ərzində baş verən ikinci belə basqındır.

Median.Az
yerli mediaya istinadla xəbər verir ki, Nigeriya Xristianları Birliyinin bəyanatına görə, qaçırılanların ümumi sayı 303 şagird və 12 müəllim olub. Hadisə Saint Mary katolik məktəbində baş verib. Bildirilir ki, qaçırılan şagirdlər arasında qızlar da var. Nigeriya polisi qaçırılan insanları tapmaq üçün əməliyyata başlayıb, yaxınlıqdakı meşə zonaları axtarılır. Hadisədən dərhal sonra Nigeriya Prezidenti beynəlxalq səfərlərini ləğv edib və ölkədəki təhlükəsizlik qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Nigeriyanın şimal qərbindəki Maqa vilayətində yerləşən internat məktəbinə silahlı hücum nəticəsində 25 məktəbli qız oğurlanaraq naməlum istiqamətə aparılıb.

Bu hadisələr ABŞ Prezidenti Donald Trampın Nigeriyanı xristianların öldürülməsinə cavab olaraq hərbi müdaxilə ilə hədələdiyi bir dövrə təsadüf edir. Qeyd olunur ki, bu hadisə son 11 ildən bəri baş vermiş ilk böyük sayda şagird oğurluğu hadisəsidir. Borno vilayətindəki bir məktəbə böyük hücum 2014-cü ildə Boko-Haram terrorçu qruplaşmasının üzvləri tərəfindən edilmişdi. Həmin hücumda 276 tələbə oğurlanmışdı.

Son xəbərlər