Mojo.az Banner
19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |    
Mojo.az Avto
Mojo.az Avto

Nigeriyada 200-dən çox şagird qaçırılıb

08.03.2024 19:04 2 076
Nigeriyada 200-dən çox şagird qaçırılıb
Nigeriyanın şimal-qərbində silahlılar tərəfindən 200-dən çox şagird qaçırılıb.

Bu barədə "Daily Post" qəzeti yazıb.

"Kaduna əyalətinin Kuriqa kəndində 232 məktəbli qaçırılıb. Bu, direktorun təxminən bir ay əvvəl öldürüldüyü və həyat yoldaşının qaçırıldığı həmin məktəbdir", - ştatın senatoru Şehu Sani deyib.

Nəşr qeyd edib ki, məktəbə hücum səhər saatlarında ümumi yığıncaq keçirilən zaman baş verib. Polis hələlik oğurlananların dəqiq sayını açıqlamayıb. Müxtəlif Nigeriya nəşrləri 100 və ya daha çox rəqəmə istinad edir. Qaçırılanların yaşı qeyd olunmayıb.

Məktəblə insident Nigeriyanın şərqində silahlılar tərəfindən 117 qadının qaçırılması barədə məlumat daxil olduqdan iki gün sonra baş verib.

Müasir Nigeriyada ən böyük adam oğurluğu 2014-cü ildə qeydə alınıb. Yaraqlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qızı oğurlayıblar.
//Reportскачать dle 11.3
Mojo.az Banner