Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Vətəndaşlar xaricdə yaşayan bloqer Qabil Məmmədovla şantaj ediliblər

08.12.2025 16:40 435
Vətəndaşlar xaricdə yaşayan bloqer Qabil Məmmədovla şantaj ediliblər
Xaricdə yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasitəsilə vətəndaşlara hədə-qorxu gələrək onların pulunu ələ keçirməkdə ittiham olunan Qönçə Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclas şahid ifadəsi ilə davam edib:

Şahid Sultanova Lalə ilkin istintaqda verdiyi ifadəni təsdiqlədiyini bildirib:

"Mən ixtisasca hüquqşünasam. Vaxtilə çalışdığım yerdən Ramiz Mehdiyevin sifarişi ilə işdən azad olunmuşam. Bundan sonra xeyli müddət işsiz qaldım, sonra gedib rayondakı torpaq sahəmdə sarımsaq əkməyə başladım. Allah heç kimə hüquqşünas işləyib, sonra gedib sarımsaq əkməyi nəsib eləməsin. Arada fərdi hüquqşünaslıq fəaliyyəti ilə də məşğul olurdum. Qönçə xanıma maşın işi ilə bağlı hüquqi kömək etmişəm. Gülayə Qönçə xalaya və mənə dələduzluq etmişdi, biz şikayət etdik ondan rəsmi qurumlara. Dedik ki, ictimailəşdirsək, pulumuzu ondan ala bilərik. Bu məqsədilə Gülayənin şəkilini Qabilə göndərdi ki, kanalında danışsın, göstərsin, bəlkə məsələ həllini tapar".

Növbəti proses yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, ki, 55 yaşlı Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara faiz müqabilində sələm vermək fəaliyyəti ilə məşğul olub.

Q.Məmmədova 13 nəfərə 92 min 760 min manat pulu sələmə verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.

İstintaq materiallarında qeyd edilib ki, Q.Məmmədova ondan faizlə pul götürən Gülayə Quliyeva və Fəridə Fərzəliyevaya borclarından əlavə pul hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.

Təqsirləndirilən şəxs zərərçəkmişləri tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.

Zərərçəkmiş xanımlar şikayətlərində bildiriblər ki, Qönçə Məmmədova onları sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videoları Qabil Məmmədova göndərilib.

Bundan sonra sövdələşməyə əsasən, Qabil Məmmədov özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar barədə rüsvayedici ifadələr işlədib.

Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib. Digər zərərçəkmiş F.Fərzəliyevanın şikayətinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etmədiyindən, Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb.

Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qönçə Məmmədova özünü qismən təqsirli hesab edib. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib.

Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib.

Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.

Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner