Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:33 Ərdoğan Azərbaycan xalqını təbrik etdi | 14:20 İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi | 14:13 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi | 14:02 Mingəçevirdə gənc bıçaqlanıb | 13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Qabil Məmmədov mənim şəkillərimi yayıb, şərəfimi təhqir edib" - MƏHKƏMƏ

25.06.2025 21:35 873
Bakıda qanunsuz sahibkarlıq və hədə-qorxu ilə tələb etmə cinayətlərində təqsirli bilinən və sələmçiliklə məşğul olan Qönçə Məmmədovanın cinayət işinin məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənin xalası qızının şahid ifadəsi dinlənilib.

Günel Kazımova təqsirləndiriləni yaxından tanımadığını deyib. Zərərçəkən Gülay Quliyevanın onun evində kirayə qaldığını deyib.

"Onu xalam qızının yanında görmüşəm. Bir iki dəfə evimizə basqın edib. Gülayın aldığı pulu məndən tələb edirdi. Mənim yoldaşımın da, qızımın da şəkillərini Qabilə atmışdı. Heç bir günahım olmaya-olmaya mənə mənəvi ziyan vurub. Xalamın qızı ondan pul götürmüşdü. Onunla mübahisəsi var idi. Qönçə də bununla bağlı məni narahat edirdi. Sosial şəbəkələrdən fotoları götürüb Qabilə atıb. O da o şəkillərlə mənim şərəf və ləyaqətimi pis formada təhqir edib".

Şahidin bu ifadəsinə etirazını bildirən Qönçə Məmmədova onun yalan danışdığını deyib.

Növbəti proses iyulun 7-nə təyin edilib.

Qeyd edək ki, istintaq zamani məlum olub ki Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək, göstərdiyi xidmət qarşılığında müştərilərindən faizlər alıb.

Q.Məmmədova 13 nəfərə 92 min 760 manat sələm verərək, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisi onun vasitəsilə şantaj olunmaları barədə polisə şikayətindən sonra açılıb.

Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən xanım ondan pul götürən G.Quliyeva və F.Fərzəliyevaya borclarından əlavə pul hesablayaraq ödənilməsini tələb edib.

Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantajla üz-üzə qalıblar.

Q.Məmmədova həmcinslərini şantaj etmək üçün zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı və hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.

Zərərçəkmiş xanımlar şikayətlərində vurğulayırlar ki, Qönçə Məmmədova onları "YouTube" və digər sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib.

Təqsirləndirilən şəxs planlaşdırdığı kimi də edərək, həmin xanımların özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videoları Qabil Məmmədova göndərib. Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən hesablar vasitəsilə G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyərək, onlar haqqında rüsvayedici ifadələr işlədib.

Zərərçəkənlərin dediyinə görə, Qönçə Qabil Məmmədovu xalası oğlu kimi təqdim edib.

Zərərçəkənlər onun bu şantaj əməllərindən qorxaraq, tələbləri ilə razılaşsalar da, sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb.

Qönçə Məmmədova özünü qismən təqsirli hesab edib. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqqında məlumatları da Qabilə ona görə göndərib ki, bu yolla təsir etsin.

Qeyd edək ki, Qönçə Məmmədova ilə yanaşı bu işə görə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan olunmayıb. Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.

Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ilə ittiham irəli sürülüb.

Son xəbərlər