Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Antalyada COP31 başlayıb

09.11.2026 12:35 63
Antalyada COP31 başlayıb
Bu gün Antalya şəhərində Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) başlayıb.

Bu barədə Median.Az Türkiyə mətbuatına istinadən məlumat verir.

COP31-in Türkiyə şəhər iqtisadiyyatına dolayı yolla 2 milyard dollar, multiplikator effekti ilə isə 5 milyard dollara yaxın əlavə dəyər verəcəyi gözlənilir. Zirvə toplantısından yaşayış yerlərindən tutmuş, nəqliyyata qədər bir çox sektorun faydalanacağı bildirilir.

Təxminən 1.1 milyon kvadratmetrlik ərazidə keçiriləcək tədbirdə iqlim böhranı, təmiz enerji, sıfır tullantı və davamlı inkişaf mövzuları müzakirə olunacaq.

196 ölkənin və Avropa İttifaqının iştirakı ilə keçiriləcək 12 günlük sammitdə 102 ölkədən liderlərin və 300-dən çox nazirin iştirakı nəzərdə tutulur. 11-12 noyabr tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Liderlər Zirvəsi baş tutacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur, COP "Mavi Zona"da Azərbaycan pavilyonu qurulub.

Son xəbərlər