Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi edəcək

20.11.2025 12:38 786
Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi edəcək
Türkiyə gələn il COP31 sammitinə ev sahibliyi edəcək. Tədbir Antalya şəhərində keçiriləcək. Bununla da Türkiyə BMT-nin ən vacib iqlim forumunun keçiriləcəyi yer barəsində Avstraliya ilə uzun müddətdir davam edən mübahisəyə son qoyub.

Bu barədə Median.Az "Yeni şafak" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, Avstraliya 2026-cı ildə Sakit okean ölkələri ilə birgə keçiriləcək BMT iqlim forumundan əvvəl Türkiyə ilə danışıqlar aparmaq barədə razılığa gəlib. Türkiyə rəsmi iclasa sədrlik funksiyasını öz üzərinə götürəcək.

"Bizim əldə etdiyimiz nəticə həm Avstraliya, həm də Türkiyə üçün böyük bir qələbədir", - deyə Entoni Albaneze Avstraliyanın "ABC Radio Perth" ictimai radiostansiyasına müsahibəsində bildirib.

Bu bəyanat Braziliyanın Belem şəhərində cümə günü COP30 iqlim sammitinin bağlanmasından əvvəl verilib. Avstraliya gələn il COP31-in Sakit okeanın cənub hissəsində dəniz səviyyəsindən aşağıda yerləşən ölkələrlə birlikdə "Sakit okean sammiti" kimi keçirilməsində israr edirdi, çünki bu ölkələr daha çox dəniz səviyyəsinin artması və iqlim fəlakətləri təhlükəsi altındadırlar.

Türkiyə bəyan edib ki, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə olaraq, öz sammitində zəngin və kasıb ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsini təşviq edəcək.

İndi Türkiyənin Antalya Sərgi Mərkəzində keçiriləcək tədbirə hazırlaşması üçün cəmi 12 ayı olacaq.

Son xəbərlər