Millimiz Belarus yığmasına qalib gəldi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |     20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |    

Millimiz Belarus yığmasına qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.

"Dimamo" Milli Olimpiya Stadionundakı qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra oyuna Azərbaycan millisi nəzarət etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev yekun hesabı müəyyənləşdirib. Bu, komandanın 2021-ci ildəki ilk qələbəsidir.

Qarşılaşma yığmanın bir neçə futbolçusu üçün əlamətdar olub. Start heyətdə meydana çıxan "Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdi və ikinci hissədə oyuna daxil olan Ukrayna "Minay"ından Rüstəm Əhmədzadə millidə debüt edib.

Kapitan Maksim Medvedev isə 69-cu dəfə yığmanın formasını geyinib. 32 yaşlı müdafiəçi hazırda "Qarabağ"ın baş məşqçisi olan yığmanın sabiq hücumçusu Qurban Qurbanovu geridə qoyaraq, ən çox oyun keçirən futbolçuların siyahısında 7-ci yeri ələ keçirib. 65-ci dəfə meydana çıxan yarımmüdafiəçi Qara Qarayev isə Emin Ağayevə çataraq, ən çox oyun keçirən futbolçuların sıralamasında 9-cu pilləyə şərik çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komanda iyunun 6-da Kişineuda Moldova ilə üz-üzə gələcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            975 02.06.21 22:41