Azərbaycanın mobil telefon bazarında qiymət səviyyəsinin düşməsi müşahidə olunur.
2023-cü ilin avqustunda satılan bir telefonun orta qiyməti 390 manat olduğu halda, bu ilin avqustunda qiymət 357 manata geriləyib.
Birillik dövrdə telefon bazarında ümumi qiymət səviyyəsi 33 manat və ya 8 faizdən çox düşüb. Mobil telefon bazarında qiymətlərin aşağı düşməsinin əsas səbəbi ucuz telefon modellərinin təklifinin artması ilə bağlıdır. Xüsusən Çinin milli mobil telefon brendlərinin Azərbaycan bazarında satış həcmininin artması müşahidə edilir. Həmin telefonların əksəriyyətinin qiyməti ABŞ və Cənubi Koreya telefon modelləri ilə müqayisədə çox aşağıdır.
Buna görə də son bir ildə mobil telefon bazarında qiymət səviyyəsi aşağı düşür.
//sfera.az