Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması bağlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Median.Az President.az-a istinadən xəbər verir ki, başsağlığında deyilir:
"Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı sarsıdıcı xəbər məni dərindən kədərləndirdi. Finlandiya xalqı adından və şəxsən öz adımdan Sizə və həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz həlak olanların ailələri və doğmaları ilə, o cümlədən bütün xalqınızladır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".