Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq

Azərbaycanda dövlət rüsumları ilə bağlı mühüm yenilik tətbiq ediləcək.

Ölkədə "Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sistemi yaradılacaq.

Bu məsələ hazırda Milli Məclisdə baxılan "Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yeni informasiya sistemi vasitəsilə, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş" təqdim ediləcək, dövlət rüsumundan daxil olan vəsaitləri hesablayacaq. Artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlər də bu sistem vasitəsilə qəbul edilib baxılacaq.

Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq. Bu vəsait işçilərin sosial müdafiəsi və maddi təminatının yaxşılaşdırmasına xərclənəcək. (Fed.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            315 02.01.25 16:15