Mojo.az Banner
23:04 Ronaldo buna görə matça çıxmaqdan imtina etdi  |     22:57 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:57 Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu  |     22:50 Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir  |     22:45 Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi  |     22:44 ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib  |     22:22 Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı  |     21:50 Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş  |     21:38 Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar  |     21:18 Masallıda “Mercedes”lər toqquşdu - Ölən var  |     21:10 Bakıda təhsil ocağında daha bir hadisə - Şagird yıxılıb xəstəxanalıq oldu  |     21:01 Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu  |     20:56 Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib  |     20:39 Qazaxıstanda 10-cu sinif şagirdi balta ilə sinif yoldaşlarına hücum edib  |     20:31 Sinif otağında silah – Problem haradan başlayır?  |     20:21 Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi  |     20:19 Ermənistanda parlament seçkisinin tarixi açıqlandı  |     20:10 Yeni sədr kimdir? - Dosye  |     20:03 Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi  |    
Left Banner
Right Banner

"Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"

04.01.2025 21:05 900
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorçuların və separatçıların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur.

Ərdoğan bu barədə Türkiyənin şimalındakı Samsun şəhərində çıxışı zamanı söyləyib.

"Artıq imperialistlərin agentləri kimi regionumuzda planlar quran terrorçulara qarşı dözümümüz yoxdur, səbr etməyəcəyik. Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birlikdə toprağın altına basdırılacaqlar. Burada üçüncü yol yoxdur”, - Ərdoğan deyib.

O, silah, zorakılıq və terror dövrünün bitdiyini, separatçı terror təşkilatının (PKK-nı nəzərdə tutur – red.) istifadə müddətinin bitdiyini söyləyib.

Türkiyə lideri qeyd edib ki, artıq hamı bu reallığı qəbul etməlidir.

"Vurğulayıram ki, bizim regionda artıq terrora yer yoxdur. Biz min ildir burada yaşayırıq, bu ərazilərin sahibiyik. Biz daimi olaraq burada qalıb azad yaşayacağıq. Ümidvarıq ki, qardaşlıq və qarşılıqlı hörmət əsasında separatçıların nifaq saldıqları sahələri bərpa edəcəyik”, – Ərdoğan bildirib.скачать dle 11.3