Mojo.az Banner
23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |     20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |    
Left Banner
Right Banner

Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi

06.02.2026 22:45 690
Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi
Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi məktəbdə yıxılıb.

Hadisə ilə bağlı "Trend"in sorğusuna cavab olaraq 10 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı açıqlanmır) fevralın 6-da məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb.

Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.

"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.

Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb", - deyə məlumatda bildirilib.

Klinik Tibbi Mərkəzdən isə qeyd edilib ki, bu gün saat 16:30-da 2012-ci il təvəllüdlü kişi cinsli şəxs Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner