Məşhur şahmatçımızın babası vəfat etdi: Nüfuzlu qurumun baş katibi olmuşdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:02 45 azərbaycanlı Almaniyadan ölkəmizə qaytarıldı  |     15:59 Hərbi Prokurorluq: "Bu il hərbi sahədə qeydə alınmış cinayətlər 100 faiz açılıb"  |     15:58 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |     15:57 İsmayıllıda kafedə dava - Söyüşə görə tanışını bıçaqladı  |     15:56 Paşinyan Birləşmiş Ştatların vitse-prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  |     15:55 "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb  |     15:54 Bakıda icra məmuru qəza törətdi - Ölən var  |     15:53 Hacıqabulda qatarda baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA  |     15:50 Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi  |     15:49 Məşhur filmlərdə rol alan britaniyalı aktyor vəfat etdi  |     15:48 Xərçəngdən xilas - Xəstəliyin son mərhələsində 100 faiz effektiv olan peyvənd hazırlandı  |     15:47 Braziliya futbolunun əfsanəsi Antonio Lima vəfat edib  |     15:46 Türkiyədə KFC və "Pizza Hut"ın yüzlərlə filialı bağlandı: İşçilər maaşsız və təzminatsız qaldılar  |     15:41 "DeepSeek" şirkəti saxta məlumatlarla bağlı xəbərdarlıq etdi  |     14:05 Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var  |     13:49 Ankarada 33 nəfər saxta spirtli içkidən ölüb  |     13:34 Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib  |     13:17 Ermənistanda iki rusiyalı HƏBS EDİLDİ  |     12:57 Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı  |     12:45 Trampın Ukrayna üzrə sülh planının detalları məlum oldu  |    

Məşhur şahmatçımızın babası vəfat etdi: Nüfuzlu qurumun baş katibi olmuşdu

Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya Komitəsinin keçmiş baş katibi Faiq Rəcəbov vəfat edib.

Uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan veteran gimnast 91 yaşında dünyasını dəyişib.

1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olan keçmiş federasiya rəhbəri idmana uşaq yaşlarından maraq göstərib. O, erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. Yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olan SSRİ idman ustası, Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub.

F.Rəcəbov uzun illər ictimai işlərdə də çalışıb. O, 1980-90-cı illərdə AGF prezidenti, 1994-97-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.

Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi" fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            258 04.01.25 16:51