Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və hadisədən 4 gün sonra ayılan Zaqatala rayonu, Danaçı kənd sakini Mahir Carayev xəstəxanadan evə buraxılıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, o, Bakıda müalicə aldığı xəstəxanadan çıxıb və Zaqatalaya qayıdıb.

M.Carayev qəza ilə bağlı bildirib ki, hadisədən sonra huşunu itirdiyindən baş verənləri dəqiq xatırlamır:

"Dekabrın 25-i Qroznıya uçmaq üçün bilet almışdım. Bakıda təyyarəyə mindik, bir saata eniş etməli idik. Təyyarə eniş etməyə çalışanda qəza baş verdi. Həmin vaxt biz nə baş verdiyini dəqiq bilmədik. Xeyli vaxtdan sonra təkrar eniş etməyə çalışsaq da, alınmadı. Sonra baş verənlər yadıma gəlmir. Bir də Qazaxıstandan Azərbaycana göndəriləndə özümə gəldim. Reanimasiyada olduğum vaxtlar yadımdadır".

Zaqatala sakini deyib ki, qəzadan sonra dövlət tərəfindən yüksək qayğı ilə əhatə olunub.

Qeyd edək ki, əvvəlcə M.Carayevin öldüyü güman edilirdi.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 14.01.25 13:27