Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?

Metro stansiyalarının inşası paytaxtda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. Bununla yanaşı inşa ediləcək stansiyaların ətrafında mənzillərin qiymətinin indidən bahalaşdığı deyilir.

Bu faktı Trend-ə mənzil alqı-satqısı ilə məşğul olan Orxan Rüstəmov da təsdiqləyib.

O qeyd edib ki, artıq həmin ərazilərdə mənzillərini satışa çıxaran bəzi sakinlər hər kvadratmetrə görə qiyməti 50 manat bahalaşdırıb:

"Yeni metro xətləri, ərazinin nəqliyyat infrastrukturunu gücləndirir və şəhər içində daha asan və sürətli hərəkət etməyə imkan verir. Bu, ərazinin daha cəlbedici olmasına səbəb olur. Yeni ticarət obyektləri, ofislər və yaşayış binaları tikilə bilər ki, bu da ərazinin iqtisadi dəyərini artırır".

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, metro stansiyaları inşa edilən zaman kəsiyində mənzillərin qiymətində artım baş verəcək ki, bu da hər il qeydə alınır. Lakin bu metro stansiyalarının tikintisi ilə bağlı deyil. Bunun bir çox səbəbləri var.

"Nəzərə almalıyıq ki, ictimai nəqliyyatla təmin olunan ərazilər də daşınmaz əmlak qiymətlərinə təsir göstərir. Bu, əmlakın qiymətləndirilməsinin formalaşmasında vacib elementlərdən biridir. Lakin qeyd etdiyimiz ərazilərdə qiymət necə dəyişəcək, onu zaman göstərəcək", - o əlavə edib.

Öz növbəsində, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, metro stansiyalarının inşası uzun çəkən prosesdir.

"Hələlik həmin ərazilərdə mənzillərin qiymətinin bahalaşması barədə danışmaq tezdir. Adətən metro stansiyasının açılışından iki il əvvəldən həmin ərazilərə maraq artır", - deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakıda 10 yeni metro stansiyasının inşa ediləcəyini açıqlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 14.01.25 13:29