CMS: Saxlanılan Azərbaycan gəmilərinin buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

CMS: Saxlanılan Azərbaycan gəmilərinin buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır

Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisinin hələ də buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır.

Bu barədə "Report”a "Caspian Marine Services B.V.” şirkətindən məlumat verilib.

Qeyd edilib ki, Eritreyadakı Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə işi hələ tamamlanmayıb: "Gəmilərin hələ də buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır. Hazırda Eritreyada bununla bağlı araşdırma aparılır. Bunun üçün müəyyən vaxt tələb olunur”.

Bildirilib ki, Azərbaycan gəmilərindəki heyət üzvləri ilə mütəmadi olaraq əlaqə saxlanılır: "Onların hər birinin vəziyyəti yaxşıdır. Heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar”.

Xatırladaq ki, 2024-cü il noyabrın 7-də "Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən "CMS Pəhləvan”, "CMS İgid” və "CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            129 14.01.25 12:18