Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:36 Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb  |     13:35 29 yaşlı qadın dəm qazından zəhərlənərək öldü  |     13:34 İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı  |     13:33 Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var  |     13:29 Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?  |     13:28 Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı  |     13:27 Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI  |     13:22 "TikTok" İlon Maskın nəzarətinə keçə bilər: Rəhbərlik toplandı  |     13:02 Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir  |     12:57 Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı  |     12:44 Çində 5 bal gücündə zəlzələ baş verdi  |     12:18 CMS: Saxlanılan Azərbaycan gəmilərinin buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır  |     12:07 Bakı-Qazax yolunda 6 maşın toqquşdu  |     11:52 Bakıda bu ərazilərdə mənzillər bahalaşdı  |     11:45 Husilər Təl-Əvivdəki vacib obyektə ballistik raketlə zərbə endiriblər  |     11:37 Dini icma üzvünə qarşı terror aktı planlaşdırmış şəxslər həbs olunub  |     11:31 Endirilən sürət həddi bərpa edildi  |     11:22 2024-cü ildə Azərbaycanda 31 mindən çox şəxsə əmək pensiyası təyin olunub  |     11:13 AZAL: Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib  |     11:11 Meşədə meyiti tapılan tibb bacısı intihar edibmiş  |    

Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi

Danimarka hökuməti Arktik ərazilər üzrə ABŞ-nin yeni administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib.

Median.Az
-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bunu Danimarka Xarici İşlər naziri Lars Lökke Rasmussen Yerusəlimdə keçirilən mətbuat konfransında bildirib.

"Amerikalıların Arktikadakı təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var və Danimarka tərəfi də bu narahatlığı bölüşür. Buna görə də (Danimarka) Qrenlandiya ilə sıx əməkdaşlıq şəraitində Vaşinqton tərəfinin qanuni maraqlarının təmin edilməsi məqsədilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır", - deyə krallığın XİN başçısı bəyan edib.

Xatırladaq ki, yanvarın 7-də Tramp bəyan edib ki, Çin və Rusiya təhdidlərindən qorunmaq üçün Qrenlandiya ABŞ-nin tərkibinə daxil olmalıdır. Hələ 2019-cu ildə ilk prezidentlik müddətində o, ABŞ-nin Danimarkanın tərkibində və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı ala biləcəyini söyləmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            213 13.01.25 21:09