Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |     12:59 Qonşu qadının başına kərki ilə vurub xəstəxanalıq etdi  |     12:57 İranda 4.5 bal gücündə zəlzələ olub  |    

Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Embraer 190" təyyarəsi ilə bağlı istintaqın "hərbi hissəsi" Çeçenistan paytaxtı Qroznıda (Rusiya) məxfiləşdirilib.

Bu barədə "VÇK-OQPU" Telegram" kanalı məlumat verib.

Mənbənin sözlərinə görə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfər etməsinə baxmayaraq, faktiki olaraq, hərbçilərlə bağlı bütün istintaq hərəkətləri yerli 505-ci Hərbi İstintaq Şöbəsinin müstəntiqləri tərəfindən həyata keçirilir.

"Təyyarəyə raket zərbələri endirən "Pantsir" döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib. Ezam olunmuş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya yola düşüblər və orada onlara qəza yerində işləmək icazəsi verilib, bir hissəsi isə Qroznıda işləyir. Onlar dispetçer və uçuş rəhbərini dindiriblər və hələ ki istintaqın onlara sualları yoxdur. Həmçinin, fövqəladə vəziyyətə təsir göstərə biləcək digər hallar da təhlil edilir.

Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi KQS (kurs-qlissad sistemi - təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemi) vasitəsilə həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə edilir, lakin hansısa səbəbdən genişmiqyaslı yenidənqurma işləri zamanı (işin başa çatması tarixi 2025-ci ildən 2026-cı ilə dəyişdirilib) bu sistem Qroznıdakı aerodromda sökülüb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında AZAL aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən beş ekipaj üzvü (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan, üçü Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub ki, onların içində hər iki pilot da daxil olmaqla, üç ekipaj üzvü də olub. Sağ qalanlara ambulator və psixoloji yardım göstərilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 04.01.25 17:31