Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir

Mənimsəmə, rüşvətalma və digər cinayətlərdə təqsirləndirilən Həcər Xeyrinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 8-nə təyin edilib.

Şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə müdafiəçi və zərərçəkmiş şəxs - mülki iddiaçı tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməyib, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ağırlaşdırılaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından həbs olunub.

Xatırladaq ki, zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tanınır. Birinci instansiya məhkəməsi 15 432,62 manat məbləğində pulun tutularaq sözügedən Fonda ödənilməsi qərara alıb.

İttihama görə, Həcər Xeyri 2011-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Ünvanlı sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində çalışıb. O, çalışdığı müddət ərzində vətəndaşların pulunu mənimsəyərək onlardan rüşvət alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 06.01.25 13:05