Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olundular (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |     18:39 "Səs Azərbaycan"ın iştirakçısı ABŞ-Mekaika sərhədində öldürüldü - VİDEO  |     18:23 Məmmədli sakinləri acınacaqlı durumda: "Şikayətimizə baxan yoxdur" (VİDEO)  |     18:17 Avropa çempionu olan yüngül atlet ağır xəstəliyə tutulduğunu açıqlayıb  |    

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olundular (YENİLƏNİB)

Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən təqdimata baxılıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.

Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elnur Həmidov və Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

* * * * *

Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib.

Median.Az
APA-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılır.

Saxlanılanlardan biri - Elçin Hüseynov barəsində üç ay müddətində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Hazırda məhkəmədə Elnur Həmidov və Musa Əhmədov barəsində təqdimatlara baxılır.

Qeyd edək ki, yanvarın 4-də saat 3 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıblar.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

* * * * *

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.

Median.Az
"Qafqazinfo"a istinadla xəbər verir ki, insidentdə iştirak edən kikboksçular cinayət məsuliyyətinə cəlb edilib.

Bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur.

Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb.

Prokuror təqsirləndirilən şəxslərin hər üçünün ilkin istintaq müddətində həbsini tələb edir.

Təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, insidentə görə Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılıb. Onlar barəsində hansı qərar veriləcəyi hələ ki, bilinmir.

Xatırladaq ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 113 07.01.25 14:08