“Karantin qaydalarına əməl edilmir, yeni virusun Azərbaycana gəlməsi tam realdır” - Professor danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:29 BDYPİ traktor sürücülərinə ÇAĞIRIŞ ETDİ  |     13:28 "Cybertruck"ı partladan amerikalı cinayəti "ChatGPT" vasitəsilə hazırlayıb  |     13:27 Bakıda avtomobil piyadanı vurub  |     13:26 Rusiyada "Kovyor" planı - AZAL bir reysi ləğv etdi  |     13:23 Elm adamlarını şoka salan hadisə: Həkim xəstədən XƏRÇƏNGƏ yoluxdu  |     13:22 Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər - DETALLAR (VİDEO)  |     13:15 Azərbaycanda yeni sürüşmə sahələri yaranıb  |     12:52 XİN Eritreyada girov götürülən gəmi ilə bağlı məsələni nəzarətə götürdü  |     12:41 Aktau yaxınlığında təyyarə qəzası zamanı xəsarət alan iki qırğızıstanlı xəstəxanadan buraxılıb  |     12:22 Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin - FOTOSU  |     12:13 Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında demarkasiya komissiyalarının görüşü keçiriləcək  |     12:08 Bakının bu ərazilərində mənzillər kəskin BAHALAŞACAQ  |     11:55 Virusa hazırlıq BAŞLADI - Xəstəxanalarda ehtiyat çarpayılar saxlanılır  |     11:44 Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silindi  |     11:37 Bəzi yollarda görünüş 500-1000 metrədək məhdudlaşıb  |     11:23 Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edildi  |     11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |    

“Karantin qaydalarına əməl edilmir, yeni virusun Azərbaycana gəlməsi tam realdır” - Professor danışdı

Çində yayılmağa başlayan metapnevmovirusa artıq Qazaxıstan, Qırğızıstan, Hindistan və Ukraynada yoluxanlar olub. Qısa bir zaman kəsiyində virusun müxtəlif ölkələrə yayılması insanlar arasında narahatlıqların artmasına səbəb olub. 

Metapneumovirus (MPV), eləcə də Human metapneumovirus (hMPV), pnevmoniya və digər yuxarı tənəffüs yolu infeksiyalarına səbəb ola bilən bir virusdur. İlk dəfə 2001-ci ildə insanların tənəffüs sistemində olan xəstəliklərə səbəb olaraq tanınmışdır. Virusun ölkəmizə gəlməsi isə sual altındadır.
 
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlama verib.
 
O, açıqlamasında Çinlə Azərbaycan arasında əlaqələrin geniş olmasını əsas gətirərək virusun tezliklə ölkəmizə gələ biləcəyi ehtimalını diqqətə çatdırıb:
 
"Bu gün Çində həm metapnevmovirus, həm mikoplazma pnevmoniyası, həm də adenoviruslar geniş yayılıb. Bundan başqa dünyanın əksər ölkələrində pandemiya bitsə də, Koronavirusun "Omicron" ştamının mutasiya variantları davam etməkdədir. Bir də "İnfluenza" qrip infeksiyası davam edir. Qrip hər il ənənəvi şəkildə peyda olur. Bununla yanaşı RNT daşıyıcı virusdur və mutasiyaya meyllidir. Hər il yeni variantda ortaya çıxır. Digər tərəfdən qarışıq epidemoloji durum ayrı-ayrı ölkələrdə müxtəlif cür təzahür edir. 
 
Azərbaycanda metapnevmovirusun yayılması və mövcud olması realdır. Çünki Çinlə bizim aramızda ticarət əlaqələri var. İnsanlar gediş-gəliş edirlər. Türkiyə ilə də əlaqələri mövcuddur. Hər iki ölkənin Çinlə əlaqələrinin geniş olmasını nəzərə alsaq, tez bir zamanda virusun ölkəmizə gəlməsini mümkün hal olaraq qiymətləndirə bilərik. 

Professor infeksiyanın yayılmasını qarşısını almağın çətin olacağını deyib: 

 
"Qazaxıstan, Qırğızıstan, Ukrayna və Hindistanda yoluxmaların olduğunu nəzərə alsaq, infeksiyanın Orta Asiyadan da ölkəmizə gəlməsi daha real görünür. Azərbaycanda hazırkı vaxtda eşitdiyimiz şikayətlər və müraciətlər onu göstərir ki, burda da kifayət qədər ciddi klinik gedişə malik olan respirator infeksiyalar tüğyan edir. Bunların identifikasiyaları xüsusi laboratoriyalarda həyata keçirilməlidir. O laboratoriyalar dövlət qurumlarının ixtiyarındadır və onlar bunu yoxlayıb insanlara məlumat verməlidirlər. Amma biz klinik əlamətlərə görə, iddia edə bilərik ki, bu virusun ölkəmizə gəlməsi mümkündür. Bəlkə də artıq mövcuddur. 

Adil Qeybulla virusdan qorunmağın yolları haqda da danışıb: 
 
Ümumiyyətlə, xəstəliklərdən mümkün qədər qorunmaq üçün karantin qaydalarına əməl etmək lazımdır. Maska taxmaq, əllərin gigiyenasına diqqət etmək, xəstə insanlardan uzaq olmaq şərtdir. Təəssüflər olsun ki, insanlar bunlara riayət etmirlər. Nəticədə isə yoluxanların sayı artmağa davam edir. Ən azından yoluxanda belə virus yükünün az olması lazımdır ki, infeksiya yüngül keçə bilsin".
 

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 07.01.25 11:27