BDYPİ traktor sürücülərinə ÇAĞIRIŞ ETDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

BDYPİ traktor sürücülərinə ÇAĞIRIŞ ETDİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev özünün sosial media hesabında paylaşım edib.

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də texniki tələblərə cavab verməyən, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz traktor və ya digər kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq.

Həmin texnikaların bu formada avtomobil yollarında hərəkəti digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, hətta bəzən sürücülük hüququ olmadan bu növ texnikaların idarə edilməsi hallarına rast gəlinir ki, bu hal sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir.

Qeyd olunanlar nəzərə alınaraq traktor və digər kənd təsərrüfatı texnikalarını idarə edən şəxslərdən bir daha yol hərəkəti qaydalarına ciddi riayət etmələri tələb olunur" - deyə, çağırışda bildirilib.

Xatırladaq ki, dünən axşam saatlarında Tərtərdə traktorla minik maşını toqquşub. Qəza nəticəsində VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            594 08.01.25 13:29