"WhatsApp"dan istifadəçilər üçün yeni möhtəşəm FUNKSİYA - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

"WhatsApp"dan istifadəçilər üçün yeni möhtəşəm FUNKSİYA - FOTO

Məşhur mesajlaşma tətbiqi "WhatsApp" öz istifadəçilərini innovativ həllərlə təəccübləndirməyə davam edir. Bu dəfə tərtibatçılar daxili sənəd skaneri funksiyası ilə sevindiriblər.

Median.Az
-ın "WABetaInfo"ya istinadla verdiyi məlumata görə, yeniləmə artıq "WhatsApp"ın 24.25.89 versiyasında mövcuddur.

Bildirilib ki, "WhatsApp" istifadəçiləri artıq sənədlərin əvvəlcədən fotosunu çəkməyə və üçüncü proqram vasitəsilə skan etməyə ehtiyac duymayacaqlar. İndi hər şey mesajlaşma tətbiqində birbaşa smartfonun kamerası vasitəsilə edilir. Bu yolla skan edilmiş sənədləri dərhal çata və ya qrupa göndərmək olar.

Bunun üçün çatı, ya qrupu açın və mətn daxiletmə sahəsində yerləşən "+" işarəsinə basın, "Sənəd" ikonasına vurun, "Sənədi skan et" seçimini edin və yaradılmış faylı çata, yaxud qrupa göndərin.

Hazırda sənəd skaneri seçimi yalnız "iOS" cihaz sahiblərinin bir qismi üçün mövcuddur. Tətbiq yeniləndikdən sonra funksiya hamı üçün, həmçinin "Android" əməliyyat sistemli smartfon istifadəçiləri üçün də əlçatan olacaq.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            843 08.01.25 15:24