"15 ildən sonra ilk dəfə atamın göz yaşlarını gördüm".
Bu sözləri aktyor, aparıcı İlkin Həsəni "Xəzər axşamı" verilişində deyib.
Azər Baxşəliyevdən danışan İlkin, onun xatirəsini hər zaman yaşadacaqlarını bildirib:
"Azər aramızda olmasa da biz onun xatirəsini hər zaman yaşadacağıq. İstər ailəsinin, istərsə də balaca Züleyxa balamızın hər zaman yanında olacağıq. Mən atamın göz yaşlarını 15 il bundan qabaq öz dostunu itirdiyi zaman görmüşdüm, bir də dünən Azəri dəfn edəndə gördüm. Atam mənə dedi ki, mən həm oğlumun dostunu itirmişəm, həm də öz dostumun oğlunu".
//azxeber