Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır

Dəməşq hava limanı bir neçə gündən sonra beynəlxalq uçuşları həyata keçirməyə başlayacaq.

Median.Az
-ın "Reuters" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə Suriyanın Mülki Aviasiya İdarəsinin rəhbəri Əhməd əs-Səlibi məlumat verib.

"Biz 2025-ci il yanvarın 7-dən etibarən Dəməşq Beynəlxalq Hava Limanında beynəlxalq uçuşların qəbuluna başlayacağımızı elan edirik", - deyə o qeyd edib.

Qeyd edək ki, dekabrın 22-dən Dəməşq Beynəlxalq Hava Limanı təyyarələrin qəbulu və göndərilməsi fəaliyyətini yalnız mülki aviasiya üzrə məsul dövlət orqanından xüsusi icazələri əsasında davam etdirir.

Xatırladaq ki, dekabrın 8-də Suriyanın silahlı müxalifəti Dəməşqin ələ keçirildiyini və əvvəlki hökumətin süqutunu elan edib. Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçaraq, Rusiyada siyasi sığınacaq alıb. Respublikanın müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətin formalaşdırıldığını elan edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 04.01.25 21:27