Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |     12:59 Qonşu qadının başına kərki ilə vurub xəstəxanalıq etdi  |    

Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?

Son vaxtlar sosial şəbəkələrində əməliyyat zamanı canlı yayım edən və ya əməliyyatla bağlı görüntüləri paylaşan həkimlərə tez-tez rast gəlirik. Xüsusilə bu görüntülər "TikTok" platformasında daha geniş yayılıb. Bu hallar ictimaiyyətdə birmənalı qarşılanmır.

Bəziləri həkimlərin əməliyyat videolarını paylaşmağını peşələrinə zidd hesab edir və yaxud belə həssas görüntülərin paylaşılmasını doğru hesab etmir.

Tibb eksperti, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında məsələylə bağlı öz mövqeyini bildirib.

O hesab edir ki, burada həm mənəvi, həm də hüquqi məsuliyyət var.

Xəstənin icazəsi, şəxsi razılığı olmadan onunla bağlı tibbi prosedurun ictimailəşdirilməsi qadağandır, hüquqi pozuntudur.

Adil Qeybulla bu paylaşımları həkim reklamı hesab etsə də, bunun tərəfdarı olmadığını deyib:

"Fikrimcə, həkim reklamları qadağan olunmalıdır. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biyabırçılıqdır. Bunlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir”.

Bəs, sözügedən məsələnin psixoloji tərəfləri nədir?

Psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə həkimlərin əksəriyyəti əməliyyatları reytinq xətrinə paylaşırlar:

"Əlbəttə, bu, psixologiyası zəif olan, psixoloji profilaktikası olmayan insanlara mənfi təsir göstərir. Əməliyyat prosesinin paylaşılması etik baxımdan da düzgün deyil. Həmçinin qarşı tərəfdə həyəcan, təşviş pozuntusu, qorxular yarada bilir. Hətta əməliyyata hazırlaşan insanlar, belə  görüntülərdən sonra fikrindən dönə bilir. Tövsiyyəm budur ki, həkimlər bu prosesi xəstəni göstərmədən yox, danışaraq bildirsələr daha yaxşı olar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 04.01.25 22:46