Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI

02.01.2025 13:47 2 838
2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI
"Transfermarkt" portalı 2024/2025-ci il mövsümünün sonunda müqaviləsi başa çatan ən bahalı on futbolçunun siyahısını dərc edib.

Bu barədə sport24.ru yazır.

Bu oyunçulara yanvarın 1-dən etibarən digər klublarla danışıqlar aparmağa, azad agent kimi gələcək hərəkətləri barədə razılığa gəlməyə rəsmi icazə verilir.

Siyahıya qiyməti 75 milyon avro olan "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold başçılıq edir. İlk üçlüyə, həmçinin onun komanda yoldaşı Məhəmməd Salah (55 milyon avro) və "Bavariya"nın müdafiəçisi Alfonso Devis (50 milyon avro) daxil olub.

Hazırda gələn yayın ən dəyərli 10 ən bahalı azad agenti aşağıdakılardır:

1. Trent Aleksander-Arnold ("Liverpul", sağ müdafiəçi, 26 yaş) - 75 milyon avro;

2. Məhəmməd Salah ("Liverpul", hücumçu, 32 yaş) - 55 milyon avro;

3. Alfonso Devis ("Bavariya", sol cinah müdafiəçisi, 24 yaş) - 50 milyon avro;

4. Coşua Kimmix ("Bavariya", yarımmüdafiəçi, 29 yaş) - 50 milyon avro;

5. Conatan Devid ("Lill", hücumçu, 24 yaş) - 45 milyon avro;

6. Leroy Sane ("Bavariya", sağ cinah yarımmüdafiəçisi, 28 yaş) - 45 milyon avro;

7. Son Hın Min ("Tottenhem", sol cinah yarımmüdafiəçisi, 32 yaş) - 38 milyon avro;

8. Kevin de Bruyne ("Mançester Siti", hücumçu yarımmüdafiəçi, 33 yaş) - 35 milyon avro;

9. Conatan Ta ("Bayer", mərkəz müdafiəçisi, 28 yaş) - 30 milyon avro;

10. Vircil van Deyk ("Liverpul", mərkəz müdafiəçisi, 33 yaş) - 28 milyon avro.

Son xəbərlər