Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı qərar verib.
Bu barədə Portuqaliyanın mətbuatı məlumat verib.
Qeyd olunur ki, forvard yanvar ayı ərzində klubla bağlı müqavilə məsələsini həll etmək niyyətindədir. Ronaldunun "Ən-Nəsr"lə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir.
Ronaldu paytaxt klubu ilə çıxış etdiyi 83 matçda 74 qola imza atıb.