Rusiyanın Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün yanvarın 2-də Moskva vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə 01:00 - red.) Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq aviareysləri qəbul etmir və yola salmır", - məlumatda bildirilir.
Bundan başqa, Rusiyada Saratov, Penza və Saransk hava limanlarında da məhdudiyyətlər tətbiq edilib.