"Apple" şirkəti "iPhone 14" və "iPhone SE" modellərini Avropa İttifaqının USB-C şarj tələbi ilə əlaqədar olaraq Avropada satışdan çıxarır.
Bu qərar cihazların Aİ qaydalarına uyğun gəlməməsindən irəli gəlir.
Aİ elektron tullantıları azaltmaq və istifadəçilərin həyatını asanlaşdırmaq üçün bütün smartfonlarda USB-C girişindən istifadəni məcburi edib.
Bu qaydaya riayət etmək üçün "Apple" "iPhone 15" seriyasından etibarən USB-C portuna keçib.
Aİ-də tətbiq olunan yeni qaydaya əsasən 28 dekabr 2023-cü il tarixindən sonra satılan bütün telefonlarda USB-C portunun istifadəsi tələb olunur.
Elə buna görə də "iPhone 14" və "iPhone SE" modelləri Aİ-dəki onlayn mağazalarından da yığışdırılıb.
//lent.az