Türkiyənin "Beşiktaş" klubunda keçirilən növbədənkənar ümumi qurultayın qeyri-rəsmi nəticələrinə görə, Serdal Adalı prezident seçilib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, klubun növbədənkənar seçki qurultayında Hüseyin Yücel və Serdal Adalı prezidentlik uğrunda mübarizə aparıblar.
Yüceli (2 648 səs) böyük fərqlə geridə qoyan Adalı (6 338 səs) "Beşiktaş"ın yeni prezidenti olub.