Rusiyadan Avropaya qaz böhranı: Ukrayna üzərindən tranzit tamamilə dayandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Mütəxəssislərdən xəbərdarlıq: "Epidemioloji vəziyyət qarışıqdır"  |     22:28 Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama  |     22:09 AZAL-dan Bakı-Kazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə REAKSİYA  |     21:58 "Xətai" stansiyasında eskalator dayandı: Sıxlıq yarandı  |     21:27 KİV: ABŞ YPG-ni dəstəkləmək üçün Suriyanın şimalında hərbi baza tikir  |     21:21 Antalyada zəlzələ olub  |     20:35 Cənubi Koreyanın müvəqqəti prezidenti ABŞ ilə müttəfiqliyin davam edəcəyini açıqlayıb  |     20:27 Balakəndə ev yanıb, bir nəfər yanıq xəsarəti alıb  |     20:05 İtaliya Superkuboku: "Milan"ın hücumçusu "Yuventus"la oyunu buraxacaq  |     19:59 Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır  |     19:53 Tayvan sahillərinə yaxınlaşan Çin təyyarələri və gəmilərini aşkarlayıb  |     19:45 Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur - ARAŞDIRMA  |     19:31 Alimlər xərçəng xəstəliyinin tez-tez məhəl qoyulmayan əlamətlərini açıqlayıb  |     19:23 Çilidə 6,1 maqnitudalı zəlzələ olub  |     17:52 Ermənistan aviaşirkətinə Moldovaya uçuşlar qadağan edilə bilər  |     17:36 Dünyanın ən böyük üçüncü kriptovalyutası bəlli oldu  |     15:06 Gədəbəydə avtomobil maneəyə çırpılıb: Xəsarət alan var  |     14:55 Magistral su xəttində QƏZA - Bakının bu ərazilərində su kəsiləcək  |     14:36 Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar  |     13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |    

Rusiyadan Avropaya qaz böhranı: Ukrayna üzərindən tranzit tamamilə dayandırıldı

1 yanvar 2025-ci il tarixindən etibarən Rusiyadan Avropaya qazın Ukrayna ərazisindən tranziti tamamilə dayandırılıb.

Musavat.com xəbər verir ki, "Qazprom”un yaydığı rəsmi məlumata görə, saat 08:00-dan etibarən qaz nəqli texniki və hüquqi səbəblərə görə mümkün olmayıb.

Məsələyə dair "Qazprom”un açıqlamasında vurğulanır ki, şirkət Ukrayna üzərindən tranzit üçün zəruri şəraitin təmin edilmədiyini bildirib. Analitiklər bu addımı Avropa ölkələrində qış mövsümündə qaz tədarükünə ciddi təsir göstərəcək yeni enerji böhranı kimi qiymətləndirirlər.

Hazırda Ukrayna tərəfi bu məsələyə dair açıqlama verməyib, lakin ekspertlər situasiyanın həm siyasi, həm də iqtisadi təsirlərinin qlobal səviyyədə hiss olunacağını proqnozlaşdırırlar.

Bu hadisə Rusiyanın enerji siyasətindəki mövqeyini yenidən gündəmə gətirib və Avropa ölkələrini alternativ enerji mənbələri axtarmağa sövq edə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            213 01.01.25 13:00