Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar

30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən istənilən buraxılış məntəqəsindən keçdikləri zaman barmaq izlərini və üz təsvirini təqdim etməli olacaqlar. Müvafiq norma hökumətin qərarı ilə təsbit edilib.

Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək.

Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları, öz məlumatlarının və səfərin məqsədinin əks olunduğu ərizəni təqdim edə bilərlər.

Qeyd edək ki, mart ayının 5-dən Rusiyada polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 03.01.25 14:36