İsrailin "El Al" aviaşirkəti Təl-Əvivdən Moskvaya uçuşları 2025-ci ilin mart ayının sonuna qədər dayandırıb.
Bu barədə "RIA Novosti" agentliyinə aviaşirkətin nümayəndəsi bildirib.
Aviaşirkət bu addımı Rusiyanın hava məkanının təhlükəli olması ilə əlaqələndirib.
Xatırladaq ki, Qroznıya yollanan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yağınlığında qəzaya uğramasından sonra "El Al" aviaşirkəti Moskvaya uçuşları bir həftəlik dayandırmışdı.