2024-cü ildə dünya əhalisi əvvəlki illə müqayisədə təxminən 82 milyon nəfər artıb.
Bu barədə Almaniya Dünya Əhalisi Fondu ("Deutsche Stiftung Weltbevölkerung", DSW) məlumat yayıb.
Təşkilatın hesablamalarına görə, 2025-ci il yanvarın 1-nə dünya əhalisi 8.156 milyard nəfər olacaq.
Əhali artımı əsasən Afrikada müşahidə olunur. Fondun ekspertlərinin fikrincə, növbəti iki onillikdə bu qitədə yaşayan insanların sayı iki dəfədən çox arta bilər.
BMT-nin hesablamalarına görə, 2037-ci ildə planet əhalisi ilk dəfə olaraq 9 milyard nəfəri keçə bilər.