Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |    

Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı

"Azərbaycan özünü təmin edəcək həcmdə kərə yağı istehsal edə bilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycanda kərə yağının qiymətinin qalxmasının səbəblərini izah edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycana xaricdən gətirilən yağlar monopolistlər tərəfindən həyata keçirildiyi üçün ölkə daxilində çox yüksək qiymətə satılır:

"Onu da deyim ki, yağları Azərbaycanda qablaşdıranda tərkibinə qatqılar qatırlar. Bunun üçün də yağların keyfiyəti aşağıdır. Azərbaycanda kəskin yağ problemi var. Yağ istehsalı üçün biz bu gün kifayət qədər süd istehsal etmirik. Kərə yağı təzə süddən əldə edilir. Azərbaycanda isə süd istehsalı qaydasına qoyulmayıb. Əgər Avropa ölkələrində hər inəkdən il ərzində 9 ton məhsul ədə edirlərsə, Azərbaycanda bu 1,8 ton olur. Görün, bu neçə dəfə azdır. Azərbaycanda istehsal olunan südün maya dəyəri çox yüksəkdir. Bu, onunla bağlıdır ki, yem bazamız zəifdir, heyvanların cins tərkibini dəyişə bilmədilər. Yəni daha məhsuldar heyvanlarla əvəz edə bilmədilər. Heyvanlara qulluq bizdə olduqca aşağıdır”.


Ekspert Avropa ölkələrində heyvanlara qulluq qaydasının yüksək səviyyədə oldğunu qeyd edib:

"Bu bizdə aşağı olduğundan məhsulun maya dəyəri və satış qiyməti də yüksək olur. Ona görə də bizdə süd baha başa gəlir. Əslində Azərbaycan kərə yağını idxal edir. Xammal kimi ölkəyə gətirir və burada qablaşdırır. Bundan əlavə də çox yüksək qiymətə istehlakçılara təklif edir. Qonşu ölkələrlə müqayisədə biz görürük ki, kərə yağının qiyməti bizdə 30%-ə kimi yüksəkdir, bəzi hallarda bu rəqəm 50%-i keçir”.

Vahid Məhərrəmov bu sahədə monopoliyanın olduğunu da gizlətməyib:

"Monopolistlər çalışır ki, az mal gətirib, çox pul qazansınlar. Bu ilin 8 ayında Azərbaycana gətirilən kərə yağının idxal dəyəri də artıb”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 19.09.24 21:23