Bakıda 27 il əvvəl qətl törədən şəxslə bağlı QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Kamçatkadakı göldə təcrid olunmuş hannibal balıq populyasiyası tapıldı  |     22:16 İdman salonuna getmədən necə 10 kq arıqlamaq olar? - Məşqçidən 5 məsləhət  |     22:10 10 ayda restoranlarda 2 milyard manata yaxın pul xərclənib (RƏSMİ)  |     21:53 Süni zəka beyində şişləri tapa biləcək  |     21:46 Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi  |     21:37 DYP avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti xəbərdarlıq edib  |     21:30 Azərbaycanın Ukraynadakı səfirliyi təhlükəsizliklə bağlı çağırış edib  |     21:24 "Şamaxı" məşqçisi ilə yollarını ayırıb  |     21:18 İranda son 17 ildə ən çox edam bu ilin oktyabrında icra olunub  |     21:10 ABŞ-dən olan basketbolçu: "Bakı mənə çox doğma gəlir"  |     21:02 Deputat: Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidir  |     20:57 Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb  |     20:50 Vyetnam inkişaf etmiş ölkələri iqlim öhdəliklərini yerinə yetirməyə çağırır  |     20:44 Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı iş aparılır  |     20:41 Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını artırmağı planlaşdırır  |     20:36 Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb  |     20:29 Biləsuvar sakini dəm qazından boğularaq ölüb  |     20:22 İran XİN başçısı AEBA-ya xəbərdarlıq edib  |     20:16 Naxçıvanda internet və rabitə xidmətlərinin verilişində fasilələr yaranacaq  |     20:07 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ  |    

Bakıda 27 il əvvəl qətl törədən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində 27 il əvvəl törədilmiş qətlə görə təqsirləndirilən Kərim Kərimlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim Kərimli 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə prokurorluq, daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Kərim Kərimli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilib ki, Kərim Kərimli aralarında yaranmış mübahisə zəminində Zoyaxanım Rzayevanı xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 20.11.24 16:20