Bakıda böyük söküntü başlayır: Kompensasiya evin ölçüsünə görə hesablanmayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Kamçatkadakı göldə təcrid olunmuş hannibal balıq populyasiyası tapıldı  |     22:16 İdman salonuna getmədən necə 10 kq arıqlamaq olar? - Məşqçidən 5 məsləhət  |     22:10 10 ayda restoranlarda 2 milyard manata yaxın pul xərclənib (RƏSMİ)  |     21:53 Süni zəka beyində şişləri tapa biləcək  |     21:46 Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi  |     21:37 DYP avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti xəbərdarlıq edib  |     21:30 Azərbaycanın Ukraynadakı səfirliyi təhlükəsizliklə bağlı çağırış edib  |     21:24 "Şamaxı" məşqçisi ilə yollarını ayırıb  |     21:18 İranda son 17 ildə ən çox edam bu ilin oktyabrında icra olunub  |     21:10 ABŞ-dən olan basketbolçu: "Bakı mənə çox doğma gəlir"  |     21:02 Deputat: Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidir  |     20:57 Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb  |     20:50 Vyetnam inkişaf etmiş ölkələri iqlim öhdəliklərini yerinə yetirməyə çağırır  |     20:44 Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı iş aparılır  |     20:41 Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını artırmağı planlaşdırır  |     20:36 Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb  |     20:29 Biləsuvar sakini dəm qazından boğularaq ölüb  |     20:22 İran XİN başçısı AEBA-ya xəbərdarlıq edib  |     20:16 Naxçıvanda internet və rabitə xidmətlərinin verilişində fasilələr yaranacaq  |     20:07 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ  |    

Bakıda böyük söküntü başlayır: Kompensasiya evin ölçüsünə görə hesablanmayacaq

Bakı şəhər Yasamal rayon ərazisi daxil olmaqla paytaxtın əksər yerlərində bir-birinə bitişik tikilən fərdi yaşayış yerləri çoxluq təşkil edir. Bu o deməkdir ki, bir evdə baş verəcək hadisə digərləri üçün potensial təhlükə mənbəyidir. Sakinlər özləri də bu kimi haldan narahat olduqlarını şikayət edirlər. 

Bəs bu tikililərin aqibəti necə olacaq?

Milli.Az xəbər verir ki, həm tikinti həm də söküntüyə çox ciddi və xüsusi normalar tətbiq olunacaq. 2040-ci ilə qədər paytaxtda mərkəzə yaxın 3,4 və 5 mərtəbəli binalar söküləcək. Həmin ərazilərdə söküntülərdən sonra yerində meşə tipli parklar salınacaq. 

Bəs bu binada yaşayan sakinlərin aqibəti necə olacaq? 

"İllərdir bu tikililərdə yaşayan sakinlər istəsələr həmin əraziyə yaxın göydələnlər də, istəsələr də aldıqları kompensasiya ilə şəhərin başqa yerlərində məskunlaşa bilərlər". 

Ekspert Ramil Qasımzadə məsələ ilə bağlı bildirib ki, bu proseslər 2027-dən tez başlaya bilər. Həmin işlər daha çox şəhərin Alatava, Kubinka, Montin, Keşlə kimi yerlərdən başlaya bilər. 

"Prosesi ləngidən nüanslar vətəndaşlardan asılıdır. Məsələn elə tikili var ki, onun çıxarışı olsa da yerləşdiyi torpaq sahəsinin heç bir sənədi yoxdur. Amma vətəndaş layihəni icra edən şirkətdən hər ikisinin bazar dəyərini tələb edir. Və ya sahəsinin kvadratına görə kompensasiyanı daha çox istəyir. Bu da tərəflər arasında mübarizəyə səbəb olaraq prosesi gecikdirir". 

Qeyd edək ki, söküntü zamanı sənədi olmayan evlərin sahiblərinə də ödəniş ediləcək. Amma mənzilin ölçüsünə görə yox, yalnız tikintinin ərsəyə gəlməsində istifadə olunan materialın qarşılığı ödəniləcək. скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            318 20.11.24 11:39