Hərbi xidmətdən yayınan daha bir gənc həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:30 On min manatadək QƏNAƏT: Füzulidə bəzi yas mərasimləri LƏĞV OLUNUB  |     15:10 Gələn aydan daha bir müavinətin məbləği artacaq - Deputat AÇIQLADI  |     15:03 İranda hərbi təyyarə qəzaya uğrayıb  |     14:29 Vətəndaşları videolarını yayacağı ilə hədələyib pul tələb edən kanal rəhbəri saxlanılıb  |     14:17 İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ  |     13:48 Paşinyanın qaynının malikanəsi qarət edildi, o isə gizlətdi - SƏBƏB  |     13:22 Göyçayda tələbə qızların zəhərlənməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI (YENİLƏNİB)  |     13:05 Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı  |     12:58 Ağdaşda uşağın üzərinə nərdivan aşıb: Azyaşlı ölüb  |     12:48 Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib  |     12:31 Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs edildi  |     12:20 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI  |     12:20 İmişlidə qəzada zərərçəkənləri DİN rəhbərliyi qəbul edib  |     12:17 Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb  |     12:06 Dövlətə xəyanətdə ittiham olunan şəxs hakim qarşısında  |     12:03 Sumqayıtda avtomobil yanıb  |     11:43 "Oskar" mükafatlı rejissor vəfat etdi  |     11:40 2 avtomobillə toqquşan moped sürücüsü hadisə yerindən qaçdı - VİDEO  |     11:28 Türkiyədəki yanğında futbol klubunun sabiq prezidenti həyatını itirib  |     11:26 Bu gün keçiriləcək futbol oyunlarını hansı kanallardan izləmək olar?  |    

Hərbi xidmətdən yayınan daha bir gənc həbs edildi

Azərbaycanda hərbi xidmətdən yayınan daha bir gənc cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Ağsu rayonunda baş verib.

Ağsu Rayon Məhkəməsinin 15 noyabr tarixli hökmü ilə rayon sakini 2006-cı il təvəllüdlü Həsən Əhmədova (ad-soyad şərti) 4 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 21.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, 2024-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağsu Rayon Şöbəsi H.Əhmədova hərbi xidmətə getmək üçün çağırış vərəqəsi göndərib. O, tibbi müayinədən keçirilərkən sinəsində "ATA" ifadəsi yazılmış döymə aşkarlanıb. Bununla bağlı olaraq o, Mingəçevirdəki rayonlararası psixonevroloji dispanserə göndərilib. Buradakı müayinələr zamanı 18 yaşlı gəncin hərbi xidmətə yararlı olması və psixoloji probleminin olmadığı müəyyən edilib.

Daha sonra Həsən Əhmədov təyinatı üzrə hərbi hissəyə göndərilib. Lakin orada onurğa nahiyəsində skolioz şübhəsi ilə bağlı geri qaytarılıb. SHXÇDX-nin Ağsu Rayon Şöbəsinin əməkdaşları bu dəfə onu Bakıdakı xəstəxanaya apararaq müayinə etdirib. Burada da çağırışçının həqiqi hərbi xidmətə yararlı olmasına rəy verilib. Bundan sonra ona komissarlığın əməkdaşları tərəfindən həqiqi hərbi xidmətə çağırış vərəqəsi verilib və aprelin 30-u hərbi hissədə olması bildirilib.

Aprelin 29-da xidmət əməkdaşları telefon vasitəsilə H.Əhmədovla əlaqə saxladıqda o, qollarını ülgüclə doğradığını, qan içində olduğunu və hərbi xidmətə getmək istəmədiyini bildirib.

Bununla bağlı olaraq gənc yenidən müayinə etdirilib və qolunda kəsiklər aşkarlanıb.

Xidmət tərəfindən prokurorluğa müraciət edilib və faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 19 yaşlı Ramin Osmanov da (ad-soyad şərti) iki ardıcıl çağırışda xidmət keçməkdən boyun qaçırdığı üçün həbs olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            450 20.11.24 14:18