Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi: Müsadirə edilən pullar qaytarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Tbilisidə növbəti etiraz aksiyası keçirilir  |     22:30 Ümit Özdağ həbs olundu  |     22:17 “Qalatasaray” Avropa Liqasında xal itirdi  |     22:06 Şahin Mustafayev İran Prezidenti ilə görüşdü  |     21:53 ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama: Müharibə başa çatmalıdır  |     21:35 Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib  |     21:14 İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır  |     21:03 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     20:48 Zaqatala Xəstəxanasının direktoru vəzifəsindən azad edildi  |     20:40 Bakıda müğənnin çənəsini sındıran şəxs cəzalandırıldı  |     20:29 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     20:22 Türkiyədə matəm elan olundu  |     19:59 Əhaliyə xəbərdarlıq edildi - Bu gündən...  |     19:50 Türkiyədə oteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanıldı  |     19:42 "Mançester Siti" yeni transferini açıqlayıb  |     19:34 Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər  |     19:27 Kəmaləddin Heydərov Yerliqayaya başsağlığı verdi  |     19:13 Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı  |     18:51 İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı  |     18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |    

Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi: Müsadirə edilən pullar qaytarıldı

Korrupsiya cinayətlərində təqsirli bilinərək şərti məhkum edilmiş keçmiş Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun hökmü 12 il sonra dəyişdirilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, cəzalandıqdan 2 il sonra vəfat edən O.Kərimovun hökmündə qanun pozuntuları üzə çıxıb.

Sözügedən pozuntular hökmün xüsusi müsadirə hissəsinə aiddir.

Belə ki, Orxan Kərimova 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvətalma cinayətlərində təqsirli bilinib. O.Kərimov həmin vaxt şərti məhkum edilməklə azadlıqda qala bilib.

Bəhs edilən hökmə əsasən, təqsirləndirilən şəxsin faktiki yaşadığı evdən (qayınanasının adına rəsmiləşdirilmiş - red.) götürülmüş 97 min 100 avro və 67 min 500 manat məbləğində pullar dövlət nəfinə müsadirə edilib.

Orxan Kərimov hələ məhkəmə istintaqı vaxtı ifadəsində demişdi ki, evdən götürülən pullar qayınanası və qayınatasına məxsusdur. Onlar eyni evdə, fərqli mənzillərdə yaşayırlar.

Məhkum Kərimovun vəfatından sonra qayınanası Fədayə Qayıbova müsadirə edilən pullar üçün məhkəmə çəkişmələri başladıb. Ən sonda Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayətini əsaslı hesab edib.

Amma o, mübarizəsinin yekununu görə bilməyib. Belə ki, Fədayə Qayıbova Avropa Məhkəməsinin xeyrinə çıxardığı qərardan sonra vəfat edib.

Azərbaycandakı sonrakı məhkəmələrdə onu nümayəndəsi təmsil edib.

Bundan sona Azərbaycan Ali Məhkəməsində işə yenidən baxılıb, aşağı instansiyanın əvvəlki qərarındakı xüsusi müsadirə hissəsi ləğv edilib. Bu məsələnin araşdırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimovun sədrlik etdiyi hakimlər dəlil və sübutları yenidən tədqiq edib, tərəflərin çıxışlarını dinləyiblər.

Prokuror yenə hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

Amma müdafiə tərəfi ortaya işin seyrini dəyişdirə biləcək sübutlar qoyub. Beləliklə, Orxan Kərimovun cinayətinə görə müsadirə edilən pulların onun özünə aid olmadığı təsdiq edilib. Qeyd edilib ki, məhkumun yaxınlarının evində axtarış aparılması qanunsuz olub, müstəntiqin həmin qərarı əsaslandırılmayıb.

Nəhayət, məhkəmə bu işlə bağlı yekun qərarını açıqlayıb.

Qərara əsasən, hökmdən "Baş Prokurorluğun depozit hesabına keçirilmiş 97 min 100 avro və 67 min 500 manat pul müsadirə edilsin" hissəsi xaric edilib.

Həmin pullar Fədayə Qayıbovanın vərəsəsi olan Orxan Kərimovun həyat yoldaşı Nigar Kərimovaya qaytarılıb.

Qeyd edək ki, Orxan Kərimov cinayətinə görə bir müddət həbsdə olub. O, xəstəliyi ilə bağlı azadlığa buraxılıb. 2015-ci ildə 47 yaşında vəfat edib.

Xatırladaq ki, Orxan Kərimov şair-tərcüməçi Əli Kərimin oğlu olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            279 21.01.25 16:23