Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Tbilisidə növbəti etiraz aksiyası keçirilir  |     22:30 Ümit Özdağ həbs olundu  |     22:17 “Qalatasaray” Avropa Liqasında xal itirdi  |     22:06 Şahin Mustafayev İran Prezidenti ilə görüşdü  |     21:53 ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama: Müharibə başa çatmalıdır  |     21:35 Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib  |     21:14 İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır  |     21:03 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     20:48 Zaqatala Xəstəxanasının direktoru vəzifəsindən azad edildi  |     20:40 Bakıda müğənnin çənəsini sındıran şəxs cəzalandırıldı  |     20:29 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     20:22 Türkiyədə matəm elan olundu  |     19:59 Əhaliyə xəbərdarlıq edildi - Bu gündən...  |     19:50 Türkiyədə oteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanıldı  |     19:42 "Mançester Siti" yeni transferini açıqlayıb  |     19:34 Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər  |     19:27 Kəmaləddin Heydərov Yerliqayaya başsağlığı verdi  |     19:13 Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı  |     18:51 İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı  |     18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |    

Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU - FOTO

Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.

Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zuğulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ali təhsilli Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.

Z.İsmayılovanın 3 övladı qalıb.

Faktla bağlı araşdırma aparılır.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            348 21.01.25 12:10