İmişlidə iki uşağın ölümü ilə nəticələnən qəzaya görə təqsirləndirilən 17 yaşlı oğlan HƏBS EDİLDİ - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:23 Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi: Müsadirə edilən pullar qaytarıldı  |     16:17 Azərbaycan Ordusunun hərbi qulluqçusu VƏFAT EDİB - FOTO  |     14:39 Azad olunan ərazilərdə daha 189 mina zərərsizləşdirilib  |     14:37 Keçmiş sevgilisini öldürən qadın 10 il azadlıqdan məhrum edildi  |     13:55 Gəncədə 78 yaşlı kişini it dişləyib  |     13:48 Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib  |     13:12 Metroda dəmir yoluna əşya atanların cəriməsi ARTIRILDI  |     13:03 Astana aeroportunda 20 reys gecikib  |     13:02 Türkiyədə hoteldə yanğın baş verib, 10 nəfər ölüb, 32 nəfər yaralanıb  |     13:00 Tanınmış teleaparıcıya AĞIR İTKİ - FOTO  |     12:58 İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxladı  |     12:55 Əmək pensiyasının minimum məbləği fevralın 1-dən nə qədər olacaq?  |     12:54 Bakıda ƏMƏLİYYAT: 20 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı  |     12:53 ABŞ vətəndaşlığının alınması ilə bağlı qaydalar dəyişdirildi  |     12:50 Tanınmış plastik cərrahın qətlinin DETALLARI: Əri xadimə ilə xəyanət edib - FOTO  |     12:47 Sabunçu rayonunda ödəmə terminalından oğurluq edənlər saxlanılıblar  |     12:46 Ağdaşda internet xətlərini kəsərək oğurlayan şəxslər saxlanılıblar  |     12:43 Miri Yusif videosu ilə şantaj olundu - Prodüserindən AÇIQLAMA - FOTO (YENİLƏNİB)  |     12:40 Anasının imtina etdiyi beşaylıq körpə xəstəxanada öldü  |     12:40 Bakıda avtomobil qadını vuraraq öldürüb  |    

İmişlidə iki uşağın ölümü ilə nəticələnən qəzaya görə təqsirləndirilən 17 yaşlı oğlan HƏBS EDİLDİ - VİDEO

Yanvarın 18-də İmişli şəhəri ərazisində "Mercedes-Benz" markalı fərdi nəqliyyat vasitəsi və BMW markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı ilə bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan "Mercedes-Benz 190" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.
скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 21.01.25 11:35