"Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Fərid Qabil oğlu Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb".
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə mətbuat məlumatında deyilir.
Qeyd olunur ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
"Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək", - məlumatda deyilir.