Xankəndiyə səyahətə getmişdi: Oğurluğa görə tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:56 Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir  |     14:45 Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi  |     14:30 Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib  |     14:09 Gürcüstanda son bir neçə gündə "Donuz qripi"ndən ölüm halları qeydə alınıb  |     13:55 İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir  |     13:37 Bakının Nizami rayonunda üç gün su olmayacaq  |     13:25 "Bitcoin"in qiyməti tarixi maksimuma çatıb  |     13:00 Kamran Əliyev: "Təyyarə qəzası ilə bağlı üç ölkə özünə aid sübutları toplayır"  |     12:28 Əməkdar artist Mövsüm Hüseynov vəfat edib  |     12:27 Xəzər dənizində zəlzələ oldu  |     12:24 Daşkəsəndə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi  |     12:22 Rusiya təyyarəsi Bakıya məcburi eniş etdi  |     11:48 "Real Madrid"in yeni prezidenti seçildi  |     11:47 Xankəndiyə səyahətə getmişdi: Oğurluğa görə tutuldu  |     11:45 Elektron reseptə tam keçid niyə reallaşmır? - VİDEO  |     11:40 Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir - VİDEO  |     11:33 20 Yanvar faciəsindən 35 il keçir  |     11:19 Bakıda 49 yaşlı kişi sevincdən öldü  |     23:09 Cənubi Koreya prezidenti həbsdə qaldı  |     22:55 Bakıda avtomobil mağazaya çırpılıb, satıcılar ağır xəsarət alıb  |    

Xankəndiyə səyahətə getmişdi: Oğurluğa görə tutuldu

İşğaldan azad edilmiş Xankəndi şəhərinə gəzintiyə gedən şəxs oradan oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, 41 yaşlı A.Musayev şəxsi avtomobili ilə Xankəndiyə gedib. Məqsədi səyahət olsa da, sonrakı əməli heç də yaxşı olmayıb.

İstintaqla müəyyən edilib ki, A.Musayev orada fərdi yaşayış evinə qanunsuz daxil olaraq paltaryuyan maşın, su isidici, videomaqnitofon, kartof qızardan, kartric və digər əşyalar götürərək maşınına yerləşdirib. Həmin əşyaların ümumi dəyəri 354 manat olaraq müəyyən edilib.

A.Musayev əşyaları maşına yığan zaman polis əməkdaşları bunu görüb. Onu saxlayaraq polis idarəsinə gətiriblər. Musayev ifadəsində deyib ki, əşyaları yol kənarında sahibsiz gördüyü üçün götürüb. O, evə daxil olaraq əşyaları götürmədiyini söyləyib.

İş üzrə zərərçəkmiş tərəf kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınıb. Çünki işğaldan azad olunmuş ərazilərdə bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Zərərçəkmiş tərəfin nümayəndəsi əşyalar qaytarıldığı üçün şikayətçi olmadıqlarını bildirib.

Məhkəmə təqsirləndirilən şəxs barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 20.01.25 11:47