Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:56 Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir  |     14:45 Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi  |     14:30 Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib  |     14:09 Gürcüstanda son bir neçə gündə "Donuz qripi"ndən ölüm halları qeydə alınıb  |     13:55 İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir  |     13:37 Bakının Nizami rayonunda üç gün su olmayacaq  |     13:25 "Bitcoin"in qiyməti tarixi maksimuma çatıb  |     13:00 Kamran Əliyev: "Təyyarə qəzası ilə bağlı üç ölkə özünə aid sübutları toplayır"  |     12:28 Əməkdar artist Mövsüm Hüseynov vəfat edib  |     12:27 Xəzər dənizində zəlzələ oldu  |     12:24 Daşkəsəndə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi  |     12:22 Rusiya təyyarəsi Bakıya məcburi eniş etdi  |     11:48 "Real Madrid"in yeni prezidenti seçildi  |     11:47 Xankəndiyə səyahətə getmişdi: Oğurluğa görə tutuldu  |     11:45 Elektron reseptə tam keçid niyə reallaşmır? - VİDEO  |     11:40 Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir - VİDEO  |     11:33 20 Yanvar faciəsindən 35 il keçir  |     11:19 Bakıda 49 yaşlı kişi sevincdən öldü  |     23:09 Cənubi Koreya prezidenti həbsdə qaldı  |     22:55 Bakıda avtomobil mağazaya çırpılıb, satıcılar ağır xəsarət alıb  |    

Kibertalama halları sürətlə yayılır: Banklar müştərilərini maarifləndirməlidir - VİDEO

Son aylarda cəmi bir zənglə insanların kart hesabından pulların oğurlanması halları artmaqdadır. Görünən odur ki, bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanlar bəzən özləri də bilmədən belə dələduzların toruna düşürlər. Maraqlısı odur ki, bu şəxslər əsasən orta yaşlı nəslin nümayəndələrini daha çox tora sala bilirlər.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, müavinət və ya pensiya kartlarında olan son qəpikləri də həmin işbazların tələsi ilə əldən çıxır. Əsasən xaricdə müəyyən ünvanlarda bu üsulla cinayət törədənlər elə pulları da xarici hesablara köçürürlər.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev deyir ki, belə şəxslərə qarşı qabaqcıl ölkələrdə xüsusi mübarizə üsulları var. Ekspert təklif edir ki, xüsusilə əməkhaqqı, müavinət və pensiya kartlarından xaricə pul köçürmələr dayandırılmalıdır.

Ekspert deyir ki, zəng edən şəxsin kimliyindən, özünü necə təqdim etməyindən asılı olmayaraq, kart məlumatları sahibinin özündə saxlanmalıdır.

Rəşad Əliyev bildirir ki, həmçinin banklar müştərilərini tora düşməmək üçün maarifləndirməli və bunun üçün xüsusi proqramlar hazırlamalıdır.

Ekspertin sözlərinə görə, bu üsullar sosial mühəndislik adlanır. Mobil nömrələrlə zəng edib özlərini bank əməkdaşı kimi təqdim etmək də bu modellərdən biridir. Dələduzlar insanın psixoloji zəifliyini taparaq pul qopartmağa çalışırlar.

Ətraflı süjetdə:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            99 20.01.25 11:40