Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:48 Donald Tramp ABŞ-nin 47-ci Prezidenti oldu  |     21:34 Bu MTK-nın vergiyə 174 min borcu var  |     21:19 Mütəxəssislərdən xəbərdarlıq: Qaraciyərinizi qorumaq istəyirsinizsə, bu meyvəni yeyin  |     21:03 "Avroviziya 2025"in aparıcıları məlum oldu  |     20:51 "Barselona"ya 50 milyon avroluq TƏKLİF  |     20:16 Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb  |     20:14 Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlanıb  |     20:06 “Dərnəgül”dən gələn qatarlar “Xətai”yə kimi hərəkət edəcəklər”  |     20:01 Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb  |     19:54 Azərbaycan Könüllüləri Şəhidlər Xiyabanını ziyarət etdi (FOTO)  |     19:30 Finlandiya parlamentinin spikeri: "Bəşəriyyət artıq III Dünya müharibəsindədir"  |     19:23 ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başlayıb  |     19:06 62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək  |     18:59 Trampın andiçməsində zibil maşını… - FOTO  |     18:50 Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi  |     18:40 Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır  |     18:32 Gənc ailələr buna görə dağılır  |     18:24 Putin Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib  |     18:18 Kürdəmirdə 66 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb  |     18:09 Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək  |    

Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi

Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib.

Median.Az
bildirir ki,  bu barədə "Report" Bolqarıstanın təbii qaz tədarükçüsü "Bulgargaz" şirkətinin bəyanatına istinadən xəbər verir.

"Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib", - şirkət yanvarın 20-də bildirib.

Xəbər verdiyimiz kimi, "Bulgargaz" ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı. Tədarükün yanvarın 11-də bərpa olunacağı bildirilsə də, yanvarın 10-da BP şirkəti "Şahdəniz Alfa" platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulmuş boru kəmərində texniki nasazlıq barədə məlumat verib. Problemi mümkün qədər tez həll etmək üçün platformanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Yanvarın 18-də axşam kondensat boru kəmərində yaranmış problem tam aradan qaldırıldıqdan sonra "BP-Azərbaycan" şirkəti "Şahdəniz Alfa" platformasından hasilatı bərpa edib.

"Hazırda "Şahdəniz Alfa" platformasından hasilat və ixrac əməliyyatları tədricən artır və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır", - "BP-Azerbaijan" qeyd edib.

Qeyd edək ki, platformadan hasilatın dayandırılması Azərbaycan qazının Bolqarıstan və Serbiyaya nəqlinə təsir göstərib.

Bolqarıstanın Azərbaycanla ildə 1 milyard kubmetr həcmində qaz tədarükünə dair uzunmüddətli müqaviləsi var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 20.01.25 18:50