Sandra Studer, Mişel Hunziker və Hazel Brugger "Avroviziya 2025"-ə aparıcılıq edəcəklər.
Median.Az xarici mətbuata istinadən xəbər verir ki, aparıcılardan biri olan Sandra Studer 1991-ci ildə "Avroviziya"da İsveçrəni təmsil edib.
Hazel Brugger stand-up komediyaçısı, şair və teleaparıcıdır.
Mişel Hunziker italyan aktrisa, müğənni, teleaparıcı və modeldir. O, 2007-ci ildə İtaliyada "Sanremo" festivalında aparıcı olub.
//azxeber.com