Finlandiya parlamentinin spikeri: "Bəşəriyyət artıq III Dünya müharibəsindədir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:30 Türkiyədə partiya sədri saxlanıldı  |     22:22 Dünyada içməli su mənbələri üçün əsas təhlükələr açıqlandı  |     22:06 Ukrayna XİN başçısının müavini: 20 Yanvar faciəsində həlak olanları ehtiramla anırıq  |     21:48 Donald Tramp ABŞ-nin 47-ci Prezidenti oldu  |     21:34 Bu MTK-nın vergiyə 174 min borcu var  |     21:19 Mütəxəssislərdən xəbərdarlıq: Qaraciyərinizi qorumaq istəyirsinizsə, bu meyvəni yeyin  |     21:03 "Avroviziya 2025"in aparıcıları məlum oldu  |     20:51 "Barselona"ya 50 milyon avroluq TƏKLİF  |     20:16 Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb  |     20:14 Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlanıb  |     20:06 “Dərnəgül”dən gələn qatarlar “Xətai”yə kimi hərəkət edəcəklər”  |     20:01 Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb  |     19:54 Azərbaycan Könüllüləri Şəhidlər Xiyabanını ziyarət etdi (FOTO)  |     19:30 Finlandiya parlamentinin spikeri: "Bəşəriyyət artıq III Dünya müharibəsindədir"  |     19:23 ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başlayıb  |     19:06 62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək  |     18:59 Trampın andiçməsində zibil maşını… - FOTO  |     18:50 Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi  |     18:40 Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır  |     18:32 Gənc ailələr buna görə dağılır  |    

Finlandiya parlamentinin spikeri: "Bəşəriyyət artıq III Dünya müharibəsindədir"

Finlandiya parlamentinin spikeri Yussi Halla-aho narahatdır ki, dünya, bəlkə də, artıq Üçüncü Dünya müharibəsindədir.

Median.Az xəbər verri ki, bu barədə "Yle” nəşri yazıb.
Halla-aho hesab edir ki, dünya Üçüncü Dünya müharibəsinin artıq başladığını dərk etmir, "çünki biz onu hər vəchlə önləməyə çalışırıq". O xəbərdarlıq edib ki, faktların göz ardı edilməsi ciddi problemlərə gətirib çıxara bilər.

"Əgər müharibə vəziyyətində olub-olmadığımızı bilmiriksə, hər zaman müharibədə olduğumuzu fərz etmək daha yaxşıdır", – deyə Halla-aho Turun Sanomat qəzetinə müsahibəsində bildirib.
Onun fikirləri ötən bazar günü İsveçin baş naziri Ulf Kristerssonun bəyanatı ilə üst-üstə düşür. Kristersson bildirmişdi ki, "İsveç müharibə vəziyyətində deyil. Lakin sülh şəraitində də deyil".

Halla-aho vurğulayıb ki, Ukraynanı qorumaq və ona yardım göstərmək ali siyasi prioritet olmalıdır. O bildirib ki, Ukraynadakı müharibə Finlandiya siyasətində hazırkından daha çox diqqət tələb edir.

Parlamentin spikeri əlavə edib ki, Finlandiya öz hədəfini daha aydın müəyyənləşdirməli və bu istiqamətdə sərmayələr etməlidir.

Finnlər Partiyasının keçmiş sədri olan Yussi Halla-aho slavistika üzrə fəlsəfə doktorudur. O, 1990-cı illərdə Finlandiyanın Kiyevdəki səfirliyində çalışdığı üçün rus və ukrayna dillərini sərbəst bilir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            114 20.01.25 19:30