Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Tbilisidə növbəti etiraz aksiyası keçirilir  |     22:30 Ümit Özdağ həbs olundu  |     22:17 “Qalatasaray” Avropa Liqasında xal itirdi  |     22:06 Şahin Mustafayev İran Prezidenti ilə görüşdü  |     21:53 ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama: Müharibə başa çatmalıdır  |     21:35 Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib  |     21:14 İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır  |     21:03 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     20:48 Zaqatala Xəstəxanasının direktoru vəzifəsindən azad edildi  |     20:40 Bakıda müğənnin çənəsini sındıran şəxs cəzalandırıldı  |     20:29 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     20:22 Türkiyədə matəm elan olundu  |     19:59 Əhaliyə xəbərdarlıq edildi - Bu gündən...  |     19:50 Türkiyədə oteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanıldı  |     19:42 "Mançester Siti" yeni transferini açıqlayıb  |     19:34 Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər  |     19:27 Kəmaləddin Heydərov Yerliqayaya başsağlığı verdi  |     19:13 Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı  |     18:51 İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı  |     18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |    

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra "Facebook" səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb.

Fərid Səfərlinin vətənə qaytarıldığı barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyinin birgə məlumatından sonra mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərin paylaşıldığı "Facebook" səhifələrini eyni sözlərdən ibarət şərhlərlə doldurmağa başladılar.

Şərhlərdə, əsasən, "Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə, layiq olmadığı halda Azərbaycana qaytarıldığı" bildirilir.

Qohumlarından əldə olunan məlumata əsasən, Almaniyada tələbə olan, getdiyi İranda iki il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında deyildiyi kimi, bu, qarşılıqlı prosedur çərçivəsində həyata keçib.

Odur ki, Azərbaycan mühitini tanımadan sosial şəbəkələrin Azərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhd edən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc göründüklərini bilsələr, yaxşıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            255 21.01.25 13:48